Nazarbayevin qardaşı oğlunun xanımı 12 il müddətinə həbs edilibbackend

Nazarbayevin qardaşı oğlunun xanımı 12 il müddətinə həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının həyat yoldaşı Gülmira Satıbaldı 12 il müddətinə azadlıqdan məhrum edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə onun əmlakı da müsadirə olunacaq.

G. Satıbaldı hədə-qorxu ilə tələb etmə, özbaşınalıq və qanunsuz olaraq azadlıqdan məhrumetmədə ittiham olunur. Bu cinayət işində adı hallanan Madi Batırşayeva isə 9 il həbs cəzası alıb.

Qeyd edək ki, avqustun 16-da onun həyat yoldaşı Kayrat Satıbaldının barəsində çıxarılmış 6 il həbs cəzası şərti hesab edilib və O, azadlığa buraxılıb.