Nazilə Səfərli Xoşqədəmin şikayəti ilə saxlanıldı?backend

Nazilə Səfərli Xoşqədəmin şikayəti ilə saxlanıldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şairə Nazilə Səfərlinin tanınmış jurnalist Xoşqədəm Hidayətqızının şikayəti əsasında bu gün məhkəmə qərarına uyğun olaraq 500 manat məbləğində cəriməni ödədiyi barədə məlumat yayılıb.

NOCOMMENT xəbər verir ki, bununla bağlı kult.az-a açıqlama verən Nazilə Səfərli haqqında yayılan məlumatın həqiqəti əks etdirmədiyini deyib.

“Bu xəbərdən məlumatsızam. 500 manat cərimə ödəməmişəm. Əgər həqiqətən də belə bir cərimə ödəməli olsam, ödəniş qəbzini sizin üçün paylaşaram. Məni çox önəmsədiyi üçün və daim gündəmdə saxladığı üçün Xoşqədəmə minnətdaram”, – deyə şairə bildirib.

Qeyd edək ki, X.Hidayətqızının şikayəti əsasında Nizami rayon Polis İdarəsi tərəfindən axtarışda olan N.Səfərlinin bu gün saxlanıldığı, məhkəmə qərarına uyğun olaraq 500 manat məbləğində cəriməni ödəyəndən sonra üzərindən axtarış tədbirlərinin götürüldüyü barədə məlumat yayılıb.