Nazir açıq səma altında qurulacaq işğal muzeyindən DANIŞDIbackend

Nazir açıq səma altında qurulacaq işğal muzeyindən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad edilmiş ərazilərdəki muzey və abidələrin bərpası ilə bağlı layihələndirmə prosesindəyik. Bu prosesə birinci Ağdam rayonundan başlayırıq”.

NOCOMMENT-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib.

Onun sözlərinə görə, bu sahəyə beynəlxalq ekspertlər cəlb edilib: “Prezident İlham Əliyevin də elan etdiyi kimi, Ağdamda açıq səmada işğal muzeyinin layihələndirilməsi prosesindəyik. Məqsədimiz ondan ibarətdir ki, insanlar açıq səmadakı muzeydə dağıntıların miqyasını, erməni vəhşiliyini və xislətini görə bilsin”.