Nazir bu müəllimlərin 1/3-ni yola salır – Səbəbbackend

Nazir bu müəllimlərin 1/3-ni yola salır – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təsəvvür edin, Astara Pedoqoji Kolleci adlanan təhsil müəssisəsinə əvvəllər kənd yerindən 2 inək sataraq daxil ola bilirdilər.

NOCOMMENT.az xəbər verir ki, bunu axar.az-a təhsil eksperti Elşən Qafarov elm və təhsil naziri Emin Əmrullayevin kollec məzunu olan müəllimlərlə bağlı sözlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, qeyri-qanuni şəkildə kolleclərə qəbul olan həmin şəxslər dərslərdə belə iştirak etmədən sonda diplom alıblar:

“Elələri var ki, mövsümdən-mövsümə təhsil müəssisəsinin qapısını açıb, direktorla görüşüb, bir gün də olsa, parta arxasında oturmayıb, sonra da oradan alınan diplomla gəlib tədris müəssisəsində dərs deməyə başlayıb. Astarada 1700-dən çox müəllim var ki, 1000-i kollec məzunudur. Aralarında yüksək bal toplayanlar tək-tükdür. Bu da onların şəxsi məsuliyyətindən irəli gəlib”.

O bildirib ki, təhsil islahatları çərçivəsində kolleclər birmənalı olaraq ləğv edilməlidir:

“İllərdir bunu təklif edirik ki, ali təhsil 4 səviyyəyə gətirilsin və subbakalavr təhsili ayrıca struktur formasında yox, ali məktəblərdə verilsin; 1-2-ci kurslar subbakalavr, 3-4-cü kurslar bakalavr, 5-6-cı kurslar magistr, ardınca isə doktorantura. Xaricdə ali təhsil səviyyələri bu şəkildədir, ona uyğunlaşdırmaq lazımdır”.

Ekspert hazırda sertfikasiya nəticələrinin hələ analiz mərhələsində olduğunu bildirib:

“Tam rəqəmlər ortaya çıxsın, sertfikasiyadan keçə bilməyənlərin hansı kollecin, hansı universitetin məzunları olduğu statistikası açıqlansın. Bu, pedeqoji kadr hazırlayan təhsil müəssisələrinin də məsuliyyətini artırar”.

Qeyd edək ki, iyunun 27-də təhsil naziri Emin Əmrullayev Astara rayonu üzrə zəif nəticələrin çoxluq təşkil etdiyini deyərək, bu rayonda hər üç müəllimdən biri ilə əmək müqaviləsinə xitam veriləcəyini elan edib.