Nazir bu xəstəxanaya baş həkim təyin etdibackend

Nazir bu xəstəxanaya baş həkim təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni təyinatlar olub.

NOCOMMENT.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmrlər imzalayıb.

Nazirin əmrinə əsasən Nizami Yadulla oğlu Məmmədov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş direktorunun müavini – baş həkim vəzifəsinə təyin edilib.

Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.