Nazir Çavuşoğlu: Bir çox şəhərləri yenidən quracağıqbackend

Nazir Çavuşoğlu: Bir çox şəhərləri yenidən quracağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Mövlud Çavuşoğlu, “Bir çox şəhərləri yenidən quracağıq; Antakyada, Hatayın bəzi rayonlarında, Maraşda, Adıyamanda bir çox yerdə yeni şəhərlər quracağıq. Bu günə qədər verdikləri dəstəyə görə beynəlxalq ictimaiyyətə təşəkkür edirik”.

NOCOMMENT xəbər verir ki, Nazir Çavuşoğlu Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi və İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlıq və Xarici Ticarət naziri, Avropa İttifaqı Şurasının müvəqqəti sədri Yohan Forssel ilə görüşüb.

Nazir Çavuşoğlu, Varhelyi və Forssell görüşdən sonra birgə mətbuat konfransı keçirib. Nazir Çavuşoğlu, Varhelyi və Forsselə verdikləri dəstəyə görə təşəkkür edib və zəlzələ başlanandan bəri ciddi həmrəylik nümayiş etdirildiyini bildirib.