Nazir Çavuşoğlu’ndan şok İsveç açıqlamasıbackend

Nazir Çavuşoğlu’ndan şok İsveç açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Çavuşoğlu, “İsveçdən konkret addım görmədik, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını anlamasını gözləyirik” dedi.

NOCOMMENT xəbər verir ki, Xarici işlər naziri Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə birgə mətbuat konfransında çıxış edib. Nazir Çavuşoğlu sözünə “Bugünkü görüşdə ikitərəfli əlaqələrimizdən danışdıq. Çox məhsuldar bir görüş oldu. Ticarət həcmimiz artır. Əlaqələrimizi gücləndirir, yeni mexanizmlər qururuq” deyə başladı.

“Parlament diplomatiyasının çox önəmli olduğunu düşünürəm. Parlament səviyyəsində də səfər planlaşdırmalıyıq. Bu gün yenidən terrorla mübarizədən danışdıq. Təəssüflər olsun ki, FETÖ-nün Estoniyada da varlığı var. Bu məsələ ilə bağlı narahatlığımı çatdırdım. Ukrayna Müharibə və NATO-nun inkişafı təbii ki, gündəmimizdədir.

Türkiyə müharibəni bitirmək üçün səy göstərir. Türkiyə hesab edir ki, müharibədə ədalətli sülh olmalıdır. Rusiya ilə dialoqumuz davam edir. Təəssüf ki, hazırda vəziyyət bir az daha mürəkkəbdir. Taxıl müqaviləsi və hərbi əsirlərin mübadiləsi ilə bağlı danışıqlar bizə göstərir ki, diplomatiya nəticə verə bilər. Bununla bağlı səylərimizi davam etdirəcəyik”.