Nazir direktoru işdən çıxarıb yeni vəzifəyə təyin etdibackend

Nazir direktoru işdən çıxarıb yeni vəzifəyə təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaş Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Səxavət Məmmədova həvalə olunub. O, bu təyinatadək Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bir müddət əvvəl işdən çıxarılıb.

Xatırladaq ki, Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş, Ucar, Zərdab və Göyçay rayonlarını əhatə edir.