Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “Təhsil Resursları Mərkəzi” MMC ilə iki müqavilə imzalayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, bunlardan biri “Dərslik və metodik vəsaitlərin hazırlanması” üzrə olub və məbləği 1.234.100 AZN təşkil edir. İkinci müqavilə isə “Azərbaycan dilində olan orijinal dərslik və metodik vəsaitlərin digər tədris dillərinə tərcüməsi və törəmə nəşrlərinin hazırlanması” ilə bağlıdır və məbləği 583.600 AZN-dir.
Müqavilələrin ümumi dəyəri 1.817.700 AZN təşkil edir.
Qalib şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Zaur İsayev Fazil oğludur.
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayevdir.