Nazir: Ərzaq təminatının artırılması üçün işlər görülürbackend

Nazir: Ərzaq təminatının artırılması üçün işlər görülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn ilin dövlət büdcəsində ərzaq təminatı üçün 1 milyard 200 milyon manat nəzərdə tutulub.

NOCOMMENT xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.

“Dünyada baş verən ərzaq böhranı ilə bərabər ölkəmizdə də ərzaq təminatının artırılması üçün işlər görülür. O səbəbdən gələn ilin büdcəsində bu məsələ əsas götürülür. Gələn ilin dövlət büdcəsində cari illə müqayisədə bu sahəyə ayrılan vəsait artırılıb”, – deyə nazir vurğulayıb.