Nazir Fidan iranlı həmkarına başsağlığı veribbackend

Nazir Fidan iranlı həmkarına başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefonla danışıb. 

NOCOMMENT.az xəbər verir ki, Fidan İranın Kirman şəhərində törədilən terror aktında həyatını itirənlərə başsağlığı verib.

Görüşdə İran prezidenti İbrahim Rəisi də sözügedən məsələyə toxunub. Onun bu səbəbdən təxirə salınan və qarşıdakı dövrdə reallaşacaq səfəri müzakirə olunub.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin 2020-ci ilin yanvarında ABŞ-ın Bağdadda törətdiyi hücumda öldürülməsinin 4-cü ildönümü ilə bağlı anım mərasiminin keçirildiyi Kerman vilayətində, qəbiristanlığın yaxınlığında terror aktı törədilib.

Hücum nəticəsində 84 nəfər ölüb, 284 nəfər yaralanıb.