Nazir Fidanın ev sahibliyi ilə ‘Türkiyə Əsri’ paneli təşkil olundubackend

Nazir Fidanın ev sahibliyi ilə ‘Türkiyə Əsri’ paneli təşkil olundu  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə Ankarada “Türkiyə Əsrində İqtisadiyyat, Ticarət, Texnologiya və Enerji Paneli” keçirilib.

NOCOMMENT.az xəbər verrir ki, diplomatik mənbələrdən verilən məlumata görə, 14-cü Səfirlər Konfransının rəsmi açılışından sonra nazir Fidanın ev sahibliyi etdiyi paneldə Xəzinə və maliyyə naziri Mehmet Şimşək, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, ticarət naziri Ömer Bolat və sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır iştirak edib.

Paneldə qlobal iqtisadi və maliyyə vəziyyəti, enerji təhlükəsizliyi, Türkiyənin xarici ticarət əlaqələri, qlobal ticarətin vəziyyəti, milli texnologiya hərəkəti və təchizat zəncirlərinin vəziyyəti kimi mövzularda geniş fikir mübadiləsi aparılıb.

NOCOMMENT.AZ