Nazir Gülər ​​ukraynalı həmkarı ilə DANIŞDIbackend

Nazir Gülər ​​ukraynalı həmkarı ilə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli müdafiə naziri Yaşar Gülər ​​Ukraynanın müdafiə naziri Oleksii Reznikov ilə telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna Müdafiə naziri Oleksiy Reznikov Milli Müdafiə naziri Yaşar Güləri yeni vəzifəsinə görə təbrik etdərək uğurlar arzulayıb.

Danışıq zamanı taxıl daşınması ilə bağlı son vəziyyət müzakirə edilib.

Nazir Gülər qlobal ərzaq böhranının həllinə böyük töhfə verən və bütün bəşəriyyət üçün faydalı olan taxılçılıq təşəbbüsünün rahat işləməsinin və fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Türkiyənin xüsusi ilə 17 iyulda başa çatacaq taxıl sazişinin yenidən uzadılması başda olmaqla, indiyə qədər olduğu kimi regionda sülh və humanitar yardım sahəsində konstruktiv təşəbbüslərini davam etdirərək üzərinə düşəni etməyə davam edəcəyi bir daha bəyan edildi.

NOCOMMENT.AZ