Nazir Kocadan “mədə botoksu” açıqlamasıbackend

Nazir Kocadan “mədə botoksu” açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə naziri Fahrettin Koca piylənmənin müalicəsi üçün mədə botoksundan sonra yan təsirləri ilə xəstəxanalara müraciət edən xəstələrin olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, nazir bu barədə sosial media hesabından açıqlama verib.

“Piylənmənin müalicəsi üçün mədə botoksu etdirdikdən sonra yan təsirlərə görə müxtəlif xəstəxanalara müraciət edən xəstələrin olduğu bildirilir. Bunun üzərinə İstanbul Sağlamlıq Müdirliyi və İzmir Sağlamlıq Müdirliyinin müvafiq bölmələri tərəfindən bu müalicənin tətbiq olunduğu mərkəzlərdə fövqəladə təcili yoxlamalar aparılıb.”

Koca müalicələrdə istifadə edilən məhsulların müsadirə olunduğunu və araşdırıldığını söyləyib.

NOCOMMENT.AZ