Elşad Uğurliyev Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoruna yeni müdir təyin edilib.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
O, bundan əvvəl İ.Səfərov adına Yalavac kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində işləyib.
Xatırladaq ki, bundan əvvəl Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov olub.