Nazir müavini nə iş görür ki, bu qədər maaş alır?backend

Nazir müavini nə iş görür ki, bu qədər maaş alır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda layiq olmadığı maaşı alanlar, heç bir işə yaramayanlar Elm və Təhsil Nazirliyində oturub”.

Bunu NOCOMMENT.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, elm və təhsil naziri Emin Əmrullayevin bir fikrinə münasibət bildirib.

Nazirin sözlərinə görə, hazırda ibtidai sinif müəlliminin maaşı hər hansı bir tədqiqat institutu direktorunun əməkhaqqısından çoxdur.

“Müəllimlərin əmək haqqı nə qədər artırılsa da, onların çəkdiyi əziyyəti ödəmir, – deyə Kamran Əsədov qeyd edib. – Elm və Təhsil Nazirliyində çalışan bir çox işçilərdən fərqli olaraq, müəllimlər yayda sərin, qışda isti kabinetdə oturmur. Onlar, sözün həqiqi mənasında, əziyyət çəkirlər. Azərbaycanda layiq olmadığı maaşı alanlar, heç bir işə yaramayanlar Elm və Təhsil Nazirliyində oturublar.

Emin Əmrullayevin ibtidai siniflər və ibtidai sini müəlliminin dərs yükü ilə bağlı heç bir məlumatı yoxdur. Azərbaycanda min manatdan yuxarı maaş alan müəllimlərin sayı 5000-dən çoxdur. Azərbaycanda 4432 məktəb var və orda 150.000 müəllim çalışır. Bu rəqəmlərə əsasən deyə bilərik ki, hər məktəbdə bircə müəllim yüksək maaş alır. Bu gün Azərbaycanda məktəblərin 51 faizində şagirdlərin sayı 200-dən aşağıdır. Hörmətli Emin müəllim desin, görüm orda müəllimin cəmi 1 sinif varsa, necə yüksək maaş alsın?

Ağstafada bir məktəb var, 19 ibtidai sinifi və 32 ibtidai sinif müəllimi fəaliyyət göstərir. Onların əməkhaqqısı heç 250 manata gəlib çıxmır. Bəs müavini nə qədər maaş alır? O nə iş görür ki, bu qədər maaş alır?

Əslində, Cənab nazir “ibtidai sinif müəllimləri yüksək maaş alır” deməklə onlara böyük hörmətsizlik edir.

Müəllimlərin əziyyəti danılmazdır. Nazirin əlimizdəki barmaqların sayı qədər müşaviri var. Onlar neynəyib ki, 2 və ya 4 rəqəmli maaş alır?

Azərbaycanda müəllimlərin maaşı çox aşağıdır. Nazir gətirib hansısa armatur satanı direktor qoyur, elə bir şəxsi ki, dövlət qulluğu imtahanı belə vermir. Müəllimlər dərs saatlarına uyğun əmək haqqı almır. Gəlin müəllimlərimizi vergilərdən, kommunal xərclərdən azad edək, onlara dövlət qulluqçusu statusu verək. Bunun yerinə müəllimi günahkar kimi tanıdırıq. Bu gün ibtidai sinif müəllimi çoxdur, lakin sinif həddindən artıq aşağıdır. Mən bu yaşıma qədər müəllimlərə, şagirdlərə düşmən kəsilən nazir görməmişəm. Bütün günü tədbirlərdə kef edib yüksək maaş alır, sonra da ibtidai sinif müəlliminin maaşı hər hansı bir tədqiqat institutu direktorunun əməkhaqqısından çoxdur” deyirlər”.