Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Prezidentinin 29 noyabr 2021-ci il tarixli digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini vəzifəsinə təyin olunub.
NOCOMMENT xəbər verir ki, Mariana Vasileva 6 iyul 1974-cü ildə Bolqarıstanda anadan olub. Bolqarıstanın Sofiya şəhərindəki gimnastika klubunda çalışıb. 2007-ci ildə Azərbaycan Gimnastika Federasiyasından məşqçi işləməsi üçün dəvət alıb və Azərbaycanda çalışmağa başlayıb. 2009-cu ildən o, Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib. Ailəlidir, iki uşağı var.