Nazir müavininin xanımı bir ildə 53 dəfə xaricə gedibbackend

Nazir müavininin xanımı bir ildə 53 dəfə xaricə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin həyat yoldaşı Zemfira Musayevanın Dubaya köçdüyü bildirilir.

NOCOMMENT unikal-a istinadən xəbər verir ki, Z.Musayeva bu ilin əvvəlindən Dubaya səfər edib və hələ də Bakıya geri qayıtmayıb. Onun Dubaya köçməsi təsadüfi hal deyil. Belə ki, nazir müavini Yəhya Musayevin Dubaydakı biznes şəbəkəsini məhz həyat yoldaşı Zemfira xanım idarə edir. Zemfira Musayeva təkcə son ildə xarici ölkələrə 53 dəfə səfər edib. Onun uçuşları 2021-2022-ci illəri əhatə edir, London, Dubay və Türkiyəyə olub.

Mərhum nazir Yavər Camalovun dövründə nazir müavini postuna təyin edilən Yəhya Musayevin London və Türkiyədə də biznes şəbəkəsinin olduğu bildirilir. Məlumata görə, Türkiyədəki biznes şəbəkəsi Yəhya Musayevin qaynı İlqarın nəzarətindədir.

Nazir müavininin oğlu Elvin Musayev də tez-tez Dubaya və Türkiyəyə səfər edir. O, sonuncu dəfə 2022-ci ilin oktyabr ayında Dubaydan London, daha sonra isə Türkiyəyə gedib. Elvin Musayev hazırda Bakıdadır.

63 yaşlı nazir müavini Yəhya Musayev Dubaya sonuncu dəfə 14 dekabr 2021-ci il tarixində səfər edib, həmin ayın 30-da isə Bakıya qayıdıb.

Musayevlər ailəsi paytaxtın Səbail rayonunda, Badamdarda, Neftçilər prospektində çox sayda bahalı mülklərə sahibdir. Onların Türkiyədə də bahalı mülkləri, hotelləri və restoran şəbəkələri var.

Qeyd edək ki, Zemfira Musayeva külli miqdarda pulla ölkəni tərk edib.