Nazir müəllimlərin sözləri səhv yazmasına aydınlıq gətirdibackend

Nazir müəllimlərin sözləri səhv yazmasına aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin test imtahanı mərhələsində sözləri səhv yazmasına aydınlıq gətirib.

NOCOMMENT.az xəbər verir ki, nazir problemin araşdırılmalı olduğunu bildirib.

“Bu, hələ ilkin nəticələrdir, problemin niyə baş verməsi araşdırılmalıdır. Yəqin ki, müxtəlif səbəblər olacaq. Əminəm ki, əsas səbəb imtahan həyəcanı olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal bal toplayan müəllimlərin yarısından çoxu 25-28 bal yığıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu, aradan qaldırıla biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. İnanırıq ki, təkmilləşdirmə kursları həmin şəxslərə kömək olacaq, həm həyəcanlarını dəf edə biləcək, həm də lazım olan 3-5 balı toplayacaqlar”, – deyə nazir jurnalistlərə açıqlamasında qeyd edib.