Nazir müsabiqə vasitəsilə işə qəbul olunan müəllimlərin sayını açıqladıbackend

Nazir müsabiqə vasitəsilə işə qəbul olunan müəllimlərin sayını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda son üç ildə 27 197 nəfər müəllimlərin işə qəbulu üzrə müsabiqə vasitəsilə işə qəbul olunub”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu il 46 930 nəfər imtahanda iştirak edib: “Onlardan 10 259 nəfəri (22%) hazırda müəllim kimi işləyənlərdir. Bu il ilkin elan edilən vakansiyaların sayı 7 718-dir. Azərbaycan bölməsi üzrə 6 871 yerdir. Vakant yerlərin sayının 9 minə qədər artmasını gözləyirik. 3 minə qədər vakansiya hər il təkrar olaraq çıxarılır”.