Nazir ötən gün general rütbəsi alan gəncə vəzifə verdibackend

Nazir ötən gün general rütbəsi alan gəncə vəzifə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dünən general-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalova yeni vəzifə verib.

NOCOMMENT qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə general-mayor FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin olunub.

Qeyd edək ki, Raul Zeynalov 1982-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.