Nazir: Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyilbackend

Nazir: Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı nəzərə alınacaq:

“Bununla yanaşı, ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı və müəssisə rəhbərinin rəyi də nəzərə alınacaq. Şərtləri ödəyən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər”.