Nazir Qarabağda ölən erməni hərbçilərdən danışdı: İki min cəsəd…backend

Nazir Qarabağda ölən erməni hərbçilərdən danışdı: İki min cəsəd…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda DNT analizi ilə Qarabağda ölən əsgərlərin cəsədlərinin və qalıqlarının tanınması üçün təxminən iki min prosedur həyata keçirilib.

NOCOMMENT-in xəbərinə görə, ölkənin səhiyyə naziri Anait Avanesyan jurnalistlərə verdiyi müsahibədə bu məlumatların bu günə qədər həyata keçirildiyini qeyd edib.

“Müayinədən keçmək üçün az sayda nümunəmiz qalıb”, – deyə Avanesyan bildirib.

Səhiyyə naziri bütün bu müddət ərzində şöbəyə iki və ya üç şikayət gəldiyini, ancaq məsələnin tamamilə öyrənilərək problemin həll olunduğunu vurğulayıb.

Sonda bildirək ki, yanvarın 21-dək Məhkəmə Tibbi Ekspertiza Mərkəzi Dağlıq Qarabağdakı müharibə zamanı həlak olan 3450 hərbçinin qalıqlarını araşdırıb.