Nazir rəisi işdən çıxardı: Yeni təyinatbackend

Nazir rəisi işdən çıxardı: Yeni təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

NOCOMMENT.az qaynarinfo-ya istinadla xəbər verir ki, daxili xidmət polkovniki Elçin Qoşun oğlu Quliyev işdən çıxarılıb. Onun yerinə Elnur Vidadi oğlu Qənbərov təyin edilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, polkovnik Elçin Quliyev 2019-cu ilin iyul ayının 30-dan Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.