Nazir Şamaxının rəisini işdən çıxardı – Yeni TƏYİNATbackend

Nazir Şamaxının rəisini işdən çıxardı – Yeni TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi işdən çıxarılıb.
NOCOMMENT.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı Eyvaz Soltanpaşa oğlu İbrahimov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Onun yerinə daxili xidmət mayoru Zahidov Alim Oktay oğlu təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-in texnikalar üzrə rəisi olub.