Nazir səs yazısı yayılan direktor barədə DANIŞDIbackend

Nazir səs yazısı yayılan direktor barədə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəb direktorları ilə bağlı həmişə narazılıqlar olub.

NOCOMMENT xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə dedi.

Onun sözlərinə görə, rüşvətlə bağlı səs yazısı yayılan 45 nömrəli məktəbin direktoru Nəcibə Axundovanın 34 nömrəli məktəbə direktor təyin olunması istisna bir haldır.

“Bəzi zaman xüsusi hallar olur. Həssas qruplar var. Biz bu halda qərar verdik ki, Nəcibə xanıma bir daha imkan verək. Nə bizim üçün, nə də cəmiyyət üçün o qədər də sərt qərar deyil. Bu, o demək deyil ki, bütün hallarda bu belə olmayacaq. Həmin direktorla söhbətlər aparılıb. Cəmiyyətin də bu qərara hörmətlə yanaşmasını, bir il daha gözləməsini gözləyirik. Ümid edirik ki, həmin xanım bir daha bu səhvi etməyəcək”.

Xatırladaq ki, bir müddət əvvəl N.Axundovanın rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı. Ötən ay BŞTİ açıqlama yayaraq bildirib ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Direktorun səs yazısını təqdim edirik: