Nazirdən məzənnə ilə bağlı açıqlamabackend

Nazirdən məzənnə ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son illər müxtəlif səbəblərə görə milli valyutanın məzənnəsi və dəyər zəncirinin aşağı düşməsi kimi risklər artıq mövcud deyil.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən və Sahibkarlar Gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində həmin risklərin Azərbaycan iqtisadiyyatına təsirilərinin qarşısı alınıb: “Ölkəmizdəki sənayə parkları, azad iqtisadi zonalar, aidiyyəti dövlət qurumlarının fəaliyyəti, gömrükdə “Yaşıl dəhliz”lər, əmək və vergi qanunvericiliyi sahəsində aparılan uğurlu dəyişikliklər bu gün yalnız yerli sahibkarlar üçün deyil, həm də xarici ölkələrdə bizə marağı artırır. Biz bu istiqamətdə lazımı dəstəyi verməyə hazırıq”.