Nazirdən vəfat edən rəisin yerinə YENİ TƏYİNATbackend

Nazirdən vəfat edən rəisin yerinə YENİ TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinə rəis təyin edilib.

NOCOMMENT qaynarinfo-ya istinadən xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Teymur Rəhimov təyinat alıb.

Xatırladaq ki, bu ilin sentyabr ayında Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinin rəisi, polkovnik Elçin Mirzəxanov 55 yaşında qəfildən vəfat etmişdi. Onun vəzifəsini sözügedən Baş idarənin rəisinin birinci müavini Nicat Əliyev icra edirdi.