Nazir nümayişçilər tərəfindən hücuma məruz qalıbbackend

Nazir nümayişçilər tərəfindən hücuma məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada həmkarlarının öldürülməsinə etiraz edən avtobus sürücüləri Buenos Ayresin təhlükəsizlik naziri Sergio Berniyə yumruq və daşla hücum ediblər.

NOCOMMENT xəbər verir ki, paytaxt Buenos Ayresin La Matanza bölgəsində silahlı hücumda həyatını itirən həmkarları səbəbiylə bir araya gələn onlarla sürücü, magistral yolu bağlayıblar.

Nümayişçilərlə danışmaq üçün magistral yola gələn nazir Berni qəzəbli sürücülərin yumruq və daşla hücumuna məruz qalıb. Magistral yolu bağlayaraq tətilə başlayan avtobus sürücüləri səlahiyyətlilərdən təhlükəsizlik tədbirlərinin görülməsi lazım olduğunu, əks halda aksiyadan əl çəkməyəcəklərini açıqlayıblar.

Berni isə hücumla bağlı açıqlamasında sürücülərin qəzəbini anladığını bildirib. Hadisə ilə bağlı araşdırmaya başlayan prokurorluq, qətllə əlaqəsi olduğu ehtimal edilən şəxsin nəzarətə alındığını bildirib. Bildirilir ki, Buenos-Ayresin şəhər yerləri və qəsəbələri arasında sərnişin daşıyan avtobus sürücüləri tez-tez quldur dəstələri tərəfindən hücuma məruz qalır. Daniel Barrientos adlı avtobus  də La Matanzada sinəsinə dəyən güllə nəticəsində həlak olub.