Nazirin yersiz paylaşımı tənqid olundubackend

Nazirin yersiz paylaşımı tənqid olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkə hesabımdakı son paylaşımı ilə diqqəti üzərinə çəkib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, hazırda Bişkekdə olan azərbaycanlı nazir izləyicilərinə bu sualla bu müraciət edib: “Səfər etdiyim 61-ci ölkə. Bəs siz neçəsində olmusunuz?”

Azərbaycanın Gənclər və idman nazirinin bu paylaşımı birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri “kreativ” naziri tənqid atəşinə tutublar. Onlar yüzminlərlə insanın ehtiyac içində yaşadığı bir ölkənin nazirinin özünü turist kimi aparmağını sərt şəkildə qınayıblar. Fərid Qayıbova – “siz turizm deyil, gənclər və idman nazirisiniz”, – deyə irad bildirənlər də olub.

Bəzi sosial şəbəkə istifadəçiləri isə nazirə xarici ölkələri deyil, Azərbaycanın rayonlarını gəzərək, əhalinin, xüsusilə gənclərin acınacaqlı durumunu görməyi tövsiyə ediblər.

Fərid Qayıbovun 61 ölkəni öz pulu, yoxsa dövlət vəsaiti ilə gəzməsi izləyiciləri ən çox maraqlandıran məqamlardan biri olub.