Nazirlər Kabineti bağçalarla bağlı məlumat yayıbbackend

Nazirlər Kabineti bağçalarla bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən Məktəbəqədər təhsil sahəsində olan uşaqlar “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə ödənişsiz psixoloji yardım almaq hüququ əldə ediblər.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən NOCOMMENT.az -a verilən məlumata görə bununla əlaqədar olaraq Nazirlər Kabinetinin “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 622 nömrəli Qərarına müvafiq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçirilir” yarımbəndi əlavə olunaraq uyğunlaşdırılma aparılıb.