Rusiya hökuməti hərbi xidmətdən yayındığına görə əldə edilmiş vətəndaşlıqdan məhrumetmə layihəsini dəstəkləməyib.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə “Vedomosti” özünün Telegram kanalında məlumat yayıb.
Mənbə bildirir ki, Nazirlər Kabineti qanun layihəsinə baxış hazırlayıb. İddia olunur ki, cəza cinayətə mütənasib olmalıdır. Odur ki, inzibati xəta vətəndaşlıqdan məhrumetmə üçün əsas ola bilməz.
Eyni zamanda, məsuliyyəti Cinayət Məcəlləsi ilə tənzimlənən hərbi xidmətdən sistematik şəkildə yayınma hallarının özlüyündə yeni qanun şəklində birləşdirilməsinə ehtiyac yoxdur.