Nazirlər Ukraynaya yardımla bağlı razılığa gələ bilmədibackend

Nazirlər Ukraynaya yardımla bağlı razılığa gələ bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının müdafiə nazirləri Ukraynaya yeni hərbi yardımla bağlı razılığa gələ bilməyiblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqının baş diplomatı Cozep Borel bildirib.

O qeyd edib ki, müzakirə həftə boyu davam edəcək.

“Biz artıq 500 milyon avro məbləğində səkkizinci paketi təklif etmişik və bu paket üzrə danışıqları davam etdiririk. Ümid edirəm ki, biz bu həftədən başlayaraq yardımı texniki səviyyədə təsdiqləmək üçün bütün maneələri bir-bir dəf edəcəyik. Bu günə qədər bu məsələ ilə bağlı yekdil qərarımız yoxdur”, – deyə Borrell Müdafiə Nazirləri Şurasının iclasından sonra vurğulayıb.

Onun sözlərinə görə, əksər ölkələr Avropa Sülh Fonduna ayrılan vəsaitin 3,5 milyard avro artırılmasını dəstəkləyib. Borrell qeyd edib ki, bu pulun təxminən yarısı Ukraynaya deyil, “başqa məqsədlər üçün” ayrılacaq.

Aİ rəsmisi onu da bildirib ki, təşkilat artıq Ukraynaya 65 milyard avro dəyərində “müxtəlif yardım” edib və bu məsələdə dünya lideri mövqeyini qoruyub saxlamağı planlaşdırır.