Nazirlərin görüşləri sabah başlayacaq – XİN rəsmisibackend

Nazirlərin görüşləri sabah başlayacaq – XİN rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla danışıqların növbəti raundunda iştirak etmək üçün ABŞ-a işgüzar səfər edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə danışıqların növbəti raundu üçün görüşlərin sabah keçirilməsi nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Tərəflər arasında son görüş mayda keçirilib.