Nazirlik adından dələduzluq etdilərbackend

Nazirlik adından dələduzluq etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və nazirliyin tabeliyindəki qurumların feysbuk səhifələrinin rəy bölmələrində müraciətlərini qeyd edən ayrı-ayrı vətəndaşlara qarşı istifadəçi adı “Hesen Aqayev”, “Röyalə Kazımlı” və digər şəxslər (və ya şəxs) tərəfindən dələduzluq edilməsinə dair məlumatlar daxil olur.

NOCOMMENT xəbər verir ki, bununla bağlı ƏƏSMN-nin mətbuat katibi Fazil Talıblı məlumat paylaşıb.

Onun sözlərinə görə, məlumatlarda həmin şəxslərin vətəndaşlarla feysbukun mesaj bölməsi vasitəsilə əlaqəyə keçərək özünü nazirlik əməkdaşı kimi təqdim etdikləri, müraciətlərinə baxılması (ünvanlı yardım təyinatı, əlillik təyinatı, mənzil növbəsinə qeydiyyat və s.) üçün onlardan əvvəlcə fərdi məlumatlarını, sonra isə xidmət müqabilində müəyyən məbləğdə pul köçürmələri tələb etdiyi, hətta bəzi şəxslərin aldanaraq vəsait ödədiyi bildirilir.

Nazirlik rəsmisi bununla bağlı vətəndaşların da təqdim etdiyi məlumatlarla birgə müvafiq materiallar aidiyyəti üzrə araşdırılması üçün cinayət təqibi orqanlarına təqdim edildiyini bildirib: “Vətəndaşlara sosial xidmətlərin heç bir halda ödənişli olmadığını bildirir, sosial mediada diqqətli olmağı, ödəniş müqabilində köməklik göstərəcəyini vəd edən dələduzlara inanmamağa çağırırıq”.