Nazirlik bu şirkətdən 762 min manatlıq şpris alırbackend

Nazirlik bu şirkətdən 762 min manatlıq şpris alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi “Diamed CO” MMC ilə satınalma müqaviləsi imzalayacaq.

NOCOMMENT.az xəbər verir ki, nazirlik şirkətdən şpris almaq niyyətindədir.

Buna görə “Diamed CO” MMC-yə 762 000 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Diamed CO” MMC 27 oktyabr 2025-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 9 519 934,48 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 47-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynova Samirə Atamalı qızıdır.

“Diamed CO” MMC şpris istehsal edən şirkət kimi tanınır.

Samirə Hüseynova haqqında isə açıq mənbələrdə heç bir məlumat yoxdur. /qaynarinfo/