Nazirlik: “COVID-19 anadan körpəyə keçə bilər”backend

Nazirlik: COVID-19 anadan körpəyə keçə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ana südündən körpəyə COVID-19 keçə bilməz.

NOCOMMENT xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, ginekoloq-cərrah Emin Haqverdiyev nazirliyin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları cavablandırarkən deyib.

“COVID-19-a yoluxmuş anadan körpəyə virus ana südü ilə keçə bilərmi?” sualına cavab olaraq həkim bildirib ki, aparılan araşdırmalar bunun mümkün olmadığını deməyə əsas verir:

“Ana südündən körpəyə COVID-19 keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsi keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxmuş analara süd verərkən tibb maskanın istifadəsini və gigiyena qaydalarına riayət olunmasını tövsiyə edirik”.

oxu.az