Nazirlik daha bir qazimiz və ailəsinə dəstək olacaqbackend

Nazirlik daha bir qazimiz və ailəsinə dəstək olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsinin qazisi, Suqovuşan üğrunda döyüşlərdə yaralanmış Səmədov Elnur Eldar oğlunun ailəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin diqqətindədir.

Nazirlikdən NOCOMMENT.az -a bildirilib ki, Elnur könüllü olaraq müharibəyə gedib və döyüşlərin birində yaralanıb, hazırda hospitalda müalicə olunur. Nazirliyin əməkdaşları onun ailəsini ziyarət edib, vəziyyətini öyrəndilər. Bakının Qaradağ rayonunda yaşayan ailə üç nəfərdən ibarətdir: Elnur, anası və bacısı. Anası yaşa görə müavinət alır, bacısı isə işləmir. İşləmək istəyi odluqda ona münasib iş təklif ediləcək.

Elnurun müalicə dövrü bitdikdən sonra ona əlillik dərəcəsi təyin olunacaq, bundan sonra ona hər ay Prezidentin təqaüdü və əlilliyə görə pensiya, əgər stajı uyğun olmasa, müavinət veriləcək. Həmçinin əlillik dərəcəsinə uyğun olaraq ona birdəfəlik təzminat ödənilməsi də təmin olunacaq. Təzminat I, II və III dərəcə əlillik üçün müvafiq olaraq 8800 manat, 6600 manat, 4400 manatdır. O həmçinin Nazirlik tərəfindən reabilitasiya proqramlarına cəlb ediləcək.

Müharibəyə gedənə qədər Elnur Ələt qəsəbəsində podratçı şirkətlərin birində işləyib. Müalicəsi bitəndən sonra onun məşğulluq məsələlərinə də kömək ediləcək.