Nazirlik: Emin Əmrullayev belə söz deməyibbackend

Nazirlik: Emin Əmrullayev belə söz deməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayevin adından yayılan məlumat təkzib edilib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb. O xatırladıb ki, ötən həftənin şənbə günü elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşüb.

“Görüş zamanı məktəb rəhbərləri ilə pedaqoji heyətin vəzifə maaşına əlavələrlə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanından irəli gələn məsələlər, məktəb direktorunun nüfuzu, məktəb-icma münasibətləri, məktəbin daxilində peşəkar inkişaf, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, sertifikasiya mövzusunda geniş fikir mübadiləsi aparılıb və bu fonda suallara cavab verilib.

Bir çox sosial media hesablarında həmin görüşlə bağlı səsləndirilən yanlış fikirlərlə bağlı onu demək istərdik ki, qeyd olunanlar kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil.

Xahiş edirik, dürüstlüyünü yoxlamadan mənşəyi bəlli olmayan mənbələrə istinad edərək xəbərləri tirajlamayaq” – deyə nazirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, nazir Emin Əmrullayevin Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşdə – “Məktəblər təhsil vermir və biz bunu bilirik”, – deyə fikirlər səsləndirdiyi iddia olunub.