Nazirlik Füzulidə Mərkəzi Kitabxana binasında baş verən yanğınla bağlı məlumat yayıb – YENİLƏNİBbackend

Nazirlik Füzulidə Mərkəzi Kitabxana binasında baş verən yanğınla bağlı məlumat yayıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi Füzulidə Mərkəzi Kitabxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, məlumatda deyilir:

“Yanğın fevralın 5-də təqribən saat 18:30 radələrində Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında qeydə alınıb.

Yanğın qeyri-iş saatında baş verdiyi üçün əməkdaşlar işdə olmayıb, bu səbəbdən xəsarət alan yoxdur.

FHN-nin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır.

Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək”.

19:12

Füzulidə mədəniyyət evi yanır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, yanğın axşam saatlarında rayonun Zobcuq qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in Füzuli yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsinə çalışılır.

Qeyd edək ki, ümumi sahəsi 500 kvadratmetr olan mədəniyyət evində klub icma mərkəzi və Füzuli Mərkəzləşmiş kitabxana sisteminin filialı fəaliyyət göstərir.

Yanğının səbəbləri ekspertizanın nəticələrindən sonra məlum olacaq.