Nazirlik: Heç bir internet resursuna məhdudiyyət qoyulmayıbbackend

Nazirlik: Heç bir internet resursuna məhdudiyyət qoyulmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən tiktok və teleqramın bloklanması ilə bağlı iddialara münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, nazirlikdən report-un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, – deyə qurum bəyan edib.

Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı tiktok və teleqramın bloklanmasına dair məlumatlar yayılıb.