Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi “İsr Azeri Apart And Business Centre” Məhdud Məsuliyyətli Cəmiyyətində yoxlama aparacaq.
NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, yoxlamanın müddəti isə oktyabr ayının 20-dən 24-dək olacaq.
Qeyd edək ki, Bakı şəhərinin mərkəzi küçəsində yerləşən “ISR Plaza” iş adamı İskəndər Xəlilova məxsusdur. Plazaya Fidan Həsənova Tarıverdi qızı rəhbərlik edir.