Nazirlik MİDA-nın tenderini ləğv etdi – Müəmmabackend

Nazirlik MİDA-nın tenderini ləğv etdi – Müəmma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərarı əsasən ləğv olunub.

Bildirilir ki, “MİDA” MMC-nin avtomobillərə texniki xidmətin göstərilməsi üçün keçirdiyi tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2., 38.2. və 57.3.7.-ci maddələri göstərilib.

Məlumat üçün bildirək ki, 1 yanvar 2024-cü ildən qüvvəyə minən “Dövlət Satınalmaları Haqqında” yeni Qanunda 57.3.7.-ci maddə yoxdur. Qeyd olunan digər maddələrdə isə müsabiqənin ləğvindən bəhs olunmur. Məsələn, yeni Qanunun 38-ci maddəsində satınalma müqaviləsinin qüvvəyə minməsi ilə bağlı müddəalar yer alıb.

Hazırda qüvvədə olmayan “Dövlət Satınalmaları Haqqında” Qanunun 38.2-ci maddəsi isə tender komissiyasının məsuliyyətindən və müsabiqənin ləğvindən bəhs olunur.

Onu da bildirək ki, tenderi keçirən “MİDA” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan “MİDA”nın direktoru Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı Fərhad Təhməzlidir.