Nazirlik Rəmişin koronavirusdan öldüyünü açıqladıbackend

Nazirlik Rəmişin koronavirusdan öldüyünü açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi ötən gün vəfat edən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ölüm səbəbini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, nazirlikdən qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, sənətkar koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib: “Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun Səhiyyə Nazirliyinə verdiyi məlumata görə, qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən Xalq artisti koronavirusdan dünyasını dəyişib”.

Xatırladaq ki, mərhumun xanımı Gülü Hüseynova bugünkü açıqlamasında özünün və həyat yoldaşının koronavirusa yoluxmadığını açıqlamışdı.