Nazirlik rəsmi internet səhifəsini yenidən dizayn edir – 33 min manatabackend

Nazirlik rəsmi internet səhifəsini yenidən dizayn edir – 33 min manata

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Nazirliyin “Beynəlxalq standartlara uyğun rəsmi internet səhifəsinin “sosial.gov.az” yeni dizaynda yaradılması işlərinin satın alınması” məqsədilə keçirilən tender müsabiqəsinin qalibi “Safaroff CA” MMC (VÖEN – 1402764511) olub. Nazirlik qeyd olunan xidmət üçün qalib şirkətə 33 min manat vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, “Safaroff CA” MMC 03.03.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimil rayonu, M.Qasımov, ev 10, m. 29” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Xalikov Aqşin Yaşar oğludur.