Nazirlik rəsmisi: İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıbbackend

Nazirlik rəsmisi: İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən il 100-dən çox daş karxanasının vəziyyəti qiymətləndirilib”.

NOCOMMENT-in verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib.

O qeyd edib ki, qiymətləndirilmə aparılan bəzi daş karxanalarının fəaliyyətində kənaraçıxmalar qeydə alınıb: “Bunun üçün hüquqi addım atılıb”.

S.Qurbanov əlavə edib ki, İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb: “Dronlar və yerli müşahidələr zamanı orada pozuntular aşkarlanıb. Məsələ barədə hüquq-mühafizə orqanlara müraciət edilib”.