Nazirlik rəsmisindən Azad Rəhimovla bağlı AÇIQLAMAbackend

Nazirlik rəsmisindən Azad Rəhimovla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hörmətli media nümayəndələri! Çox xahiş edirəm, Azad müəllimin ailəsindən rəsmi xəbər gəlməyənədək, heç bir informasiyanı paylaşmayın”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova nazir Azad Rəhimovun ölümü barədə yayılan xəbərə münasibət bildirərkən qeyd edib.

“Mən Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə bundan öncə əlaqə yaratmışam. Vəziyyəti ağır olaraq qalır. Hər hansı bir yenilik olduğu təqdirdə dərhal sizinlə bölüşəcəm. Anlayışınız üçün təşəkkür edirəm!”,- nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, Milli Olimpiya Komitəsi bu gün Azad Rəhimovun vəfat etdiyi barədə xəbər yayıb. Komitə nazirin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı versə də, az sonra Facebook-da yazdığı başsağlığını silib.