Nazirlik: Şagird məktəbə telefon apara bilərbackend

Nazirlik: Şagird məktəbə telefon apara bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ümumi təhsil müəssisələrində mobil telefondan istifadə ilə bağlı rəsmi qadağa mövcud deyil.

NOCOMMENT xəbər verir ki, bu barədə yenisabah-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Rəsmi məlumatda bildirilib ki, məktəb rəhbərliyi tərəfindən təhsil müəssisəsində telefon istifadəsi tənzimlənə bilər.

Qeyd edək ki, son vaxtlar məktəblərdə lentə alınmış xoşagəlməz görüntülər vətəndaşların etirazına səbəb olub. Məlum hadisələr fonunda məktəblərdə mobil telefon qadağasının tətbiq olunması təklif edilib.