Nazirlik toy günü qəzada ölən qızla bağlı məlumat YAYDIbackend

Nazirlik toy günü qəzada ölən qızla bağlı məlumat YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda avtomobilin su kanalına düşməsi nəticəsində iki nəfər ölüb, bir nəfərin axtarışları davam etdirilir.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, noyabrın 7-də səhər saatlarında rayonun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi BMW markalı avtomobili su kanalına aşırıb. Nəticədi F.Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən Nuranə Hüseynovanın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.