Nazirlik uşaqlar arasında yayılan virusun adını AÇIQLADIbackend

Nazirlik uşaqlar arasında yayılan virusun adını AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son aylar bağça və məktəb yaşlı uşaqlar arasında quru öskürək, yüksək hərarət əlaməti müşahidə olunan xəstəlik geniş yayılıb.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Erkin Rəhimov Modern.az-a bildirib ki, son vaxtlarda influenza (qrip) virusu geniş yayılıb.

Onun sözlərinə görə, uşaqlar arasında geniş yayılan və ağır keçən virus valideynleri narahat edir:

“Bu koronavirus deyil. Bilinən qrip virusudur. Ondan qorunmaq üçün 6 aydan böyük olan uşaqlar peyvənd vurdura bilər”.

E.Rəhimov sosial məsafə, şəxsi gigiyena və maska taxmaqla uşaqları virusdan qorumağın mümkün olduğunu açıqlayıb:

“Virusa yoluxan uşağı yalnız həkim müayinə edərək, müalicə etməlidir. Burundan alınmış yaxma vasitəsilə qrip virusu təsdiqlənə bilər”.

Ekspert mütəxəssisin sözlərinə görə, qrip virusu hər il geniş yayılır:

“Burada keçən qış istisnadır. Ötən il koronavirus pandemiyasına görə qapanma olduğu üçün bu qədər geniş yayılmamışdı”.